Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib. Elmi mövzuların müzakirə olunduğu iclas zamanı diqqətçəkən məqamlardan biri də bəzi iştirakçıların diqqətinin yayındığı, hətta qısa müddətli mürgüləmə hallarının qeydə alınması olub. Bu görüntülər tədbirin məzmunundan kənar müzakirələrə yol açıb və ictimai diqqəti iclasın özündən daha çox zaldakı atmosferə yönəldib.
Baıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, AMEA-nın "Azərbaycan Milli Ensiklopediysı" Elmi Mərkəzinin mətbuat katibliyinin sözlərinə görə, AMEA-nın vitse-prezidenti Tofiq Nağıyevin iclasda mürgüləməyib, aşağı doğru baxıb:
"Tofiq müəllim yerə, əlindəki kağıza baxırdı. Hamı gözün bərəldib tədbirdə oturub? İclasda gəlib kim 4 saat otura bilir? Bir də görürsən bir adam saat yarım danışır. Maraqlısı olur, maraqsızı olur. İndi o şəkilləri müzakirə edənlər orada oturanların yazdığı 600 səhifəlik kitabı gəlib oxusunlar. Alimləri gedib elm və təhsil naziri Emin Əmrullayevdən soruşsunlar. Onların hər biri müəyyən sahələrdə ixtisaslaşıblar. O səviyyəyə çatmaq çətindir".
Filologiya elmləri doktoru və professor, ədəbiyyatşünas Qəzənfər Paşayev isə qeyd edib ki, tədbirdə mürgüləməyib, diqqətlə çıxış edənlərə qulaq asıb. Sadəcə şəkildə gözü yumulu vəziyyətdə düşüb:
“İnana bilmirəm ki, həm dövlətə, həm xalqa xidmət edən bir adama, mənə qarşı da belə bir addım atsınlar. Gözümə o tərəfdən işıq saldılar, bu tərəfdən çəkdilər. Mən bilmədim o nə idi elə. Əlləri o vəziyyətdə olan adam yatarmı? Yatan adamın əlləri yanına düşər. Vicdansız gözümə işıq saldı, o biri tərəfdən də çəkdi. Yaqub Mahmudov mənim yaradıcılığıma böyük qiymət verən alimdir, mən onun qarşısında necə yata bilərəm? Tədbir mənim üçün çox maraqlı və kifayət qədər yığcam idi”.
Qəzənfər Paşayev digər həmkarlarının tədbirdə yatıb-yatmaması ilə bağlı sualımıza da cavab verib:
“Mən ətrafa diqqət etmədim, oturmuşdum, nə bilim başqaları nə edir”.
Bakı 




