• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

İcra başçısı 30 əməkdaşı işdən çıxardı

CƏMİYYƏT

25 Fevral 2026 | 16:40

İcra başçısı 30 əməkdaşı işdən çıxardı

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 28 əməkdaşı vəzifəsindən azad edilib.

Dəyişikliklə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində 38 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. Onlardan 10 nəfəri müxtəlif qurumlarda müəyyən vəzifəyə təyin edilsə də, 28 nəfər yeni işlə təmin edilməyib. İcra başçısı Rafiq Cəlilovun sərəncamı ilə 28 əməkdaşının dövlət qulluğuna xitam verilib.

Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar. Həmin şəxslərin 7 nəfər başqa vəzifəyə təyin olunsa da, hazırda 28 nəfər işsiz qalıb.


SON XƏBƏRLƏR