• Bakı C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

TDT-nin Baş katibi Xocalı faciəsi qurbanlarının xatirəsini anıb

SİYASƏT

25 Fevral 2026 | 15:57

TDT-nin Baş katibi Xocalı faciəsi qurbanlarının xatirəsini anıb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Xocalı soyqırımının 34-cü ildönümünü ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu faciəvi cinayətin günahsız qurbanlarının xatirəsini dərin ehtiramla anırıq. Biz Azərbaycan hökuməti və xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edir, xalqın ağrı və kədərini bölüşdüyümüzü bildirir, davamlı birliyimizi bir daha təsdiqləyirik", - deyə Baş katib qeyd edib.


SON XƏBƏRLƏR