Yaponiyada güclü zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ Rixter cədvəli ilə 5,2 maqnitudada olub. Yeraltı təkanların episentri Sikoku adasında 34,5 min nəfərin yaşadığı Nakamura rayonundan 98 kilometr cənubda qeydə alınıb.
Zəlzələnin yeraltı ocağı 10 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
Bakı 




