• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edildi

SİYASƏT

25 Fevral 2026 | 14:31 | Müəllif: Əli Hüseynov

Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad edilib.

Onunla bağlı qərar bir neçə gün bundan əvvəl verilib. 

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin (Şeyxin) oğlu, Milli Məclisin deputatı Cavanşir Paşazadənin qardaşı oğludur. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026