• Bakı C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Qeyri-həyat sığortası ödənişləri 16%-dən çox artdı

İQTİSADİYYAT

25 Fevral 2026 | 13:33

Qeyri-həyat sığortası ödənişləri 16%-dən çox artdı

Bu ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 95,313 milyon manat sığorta haqqı toplanılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon manat və ya 6,3% azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 2,9 milyon manat və yaxud 16,2% artaraq 21,098 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 22,1 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2% artıb.


SON XƏBƏRLƏR