• Bakı C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Bakıda əfsanəvi futbolçumuzun abidəsi qoyulacaq

İDMAN

25 Fevral 2026 | 18:27

Bakıda əfsanəvi futbolçumuzun abidəsi qoyulacaq

Bakıda Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin abidəsi qoyulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sportnet.az-a mərhum hücumçunun həyat yoldaşı İnna Banişevskaya məlumat verib.

Onun sözlərinə görə, A.Banişevskinin 80 illik yubileyi münasibətilə görüş zamanı AFFA-nın baş katibi Cahangir Fərəcullayev belə bir niyyətdə olduqlarını bildirib.

"Yubiley mərasimindən əvvəl Cahangir müəllimlə görüşüm oldu. O, stadionlardan birinin qarşısında Banişevskinin abidəsinin qoyulacağını bildirdi. Baş katib hələlik dəqiq məkanın müəyyənləşmədiyini və seçim apardıqlarını söylədi. Sadəcə, abidənin stadion qarşısında qoyulacağını dedi. Amma hansı arenanın önündə olacağını bilmirəm".

Qeyd edək ki, Anatoli Banişevskinin 80 illik yubileyi münasibətlə məhrum futbolçunun vaxtilə çıxış etdiyi "Neftçi" klubu "Palms Sports Arena"dakı "Cənub" tribunasına onun adını verib.


SON XƏBƏRLƏR