Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunurTrabzonda ovçular tərəfindən meşəlik ərazidə təsadüfən aşkar edilən nəhəng ağac şişi görənləri heyrətə gətirib.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu, indiyədək bölgədə rast gəlinən ən iri ağac şişi nümunələrindən biridir.
Qeyd olunur ki, bu cür ağac şişləri daxilindəki xüsusi və nadir naxışlara görə xüsusilə lüks dizayn və mebel sənayesində yüksək qiymətləndirilir. Ekspertlərin sözlərinə görə, nadir quruluşa malik olan belə nümunələrin dəyəri bəzən qızıl ilə müqayisə olunur.
Tapıntı həm yerli sakinlərin, həm də sənət və dizayn sahəsi ilə məşğul olanların böyük marağına səbəb olub. (Sonxeber.az)
Bakı 




