• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Prezident sakinin səhvini düzəltdi - "Mən 61-əm"

CƏMİYYƏT

25 Fevral 2026 | 21:10

Prezident sakinin səhvini düzəltdi - Mən 61-əm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

Bakıvaxtı.az xəbər verir ki, Prezidentlə Xocavənd sakini arasında maraqlı dialoq yaşanıb:

Sakinlər: Sağ olun, fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığı arzulayıram, xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun.

Kişi sakin: Yaxşı yol. Mən 59 təvəllüdəm, Siz 62.

Prezident İlham Əliyev: Mən 61-əm.

Qadın sakin: Mən də 61-əm.

Prezident İlham Əliyev: Həm adaşıq, həm yaşıdıq.

Qadın sakin: Nəvəmin də adı İlhamdır. Allah İlhamları qorusun!

Kişi sakin: Allah Sizi qorusun! Yaxşı yol, sağ-salamat.

Prezident İlham Əliyev: Sağ olun.


SON XƏBƏRLƏR