• Bakı 12° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

ADSEA gücləndirilmiş iş rejimində çalışır - FOTO

CƏMİYYƏT

27 Mart 2026 | 21:05

ADSEA gücləndirilmiş iş rejimində çalışır - FOTO

İntensiv yağıntılar nəticəsində Bakının bir sıra ərazilərində yağış sularının toplanması müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, drenaj sistemi olmayan ərazilərdə yağış sularının tullantı su xətlərinə yönləndirilməsi kanalizasiya şəbəkələrində artıq yüklənməyə və suyun daşınmasında problemlərin yaranmasına səbəb olub.

Bəzi zonalarda iri mərkəzləşmiş içməli və tullantı su şəbəkələrinin olmaması vəziyyəti daha da çətinləşdirir. Məsələnin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejiminə keçib.

Tullantı su şəbəkəsi olmayan ərazilərə sukanal idarələrinin qəza briqadaları cəlb edilib və həmin ünvanlarda toplanan yağış suları mövcud istismar qaydalarına uyğun şəkildə idarə olunur.

Eyni zamanda, tullantı və yağış su xətlərində mütəmadi monitorinqlər aparılır. Yağış kollektorları, quyular və daşıyıcı xətlər ayrı-ayrılıqda yoxlanılır, tutulma olan hissələr texnika vasitəsilə yuyularaq təmizlənir.

Qurumdan bildirilib ki, bütün sukanal idarələrində növbəli əsasda fasiləsiz fəaliyyət təmin edilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi üçün müxtəlif növ texnikalar prosesə cəlb olunub.

Qeyd olunub ki, görülən işlər problem tam həll edilənədək davam etdiriləcək.


SON XƏBƏRLƏR