• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Rasim Balayev Türkiyəyə APARILDI

CƏMİYYƏT

25 Fevral 2026 | 21:12 | Müəllif: Subhan Mahmudov

Rasim Balayev Türkiyəyə APARILDI

Türkiyəyə müalicəyə aparılan Xalq artisti Rasim Balayev həkim nəzarətində müalicəsini davam etdirir.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bunu Xalq artistinin oğlu Ülvi Balayev deyib.

O, bildirib ki, atası bir neçə gün əvvəl Türkiyəyə aparılıb və orada klinikalardan birində müalicəsini davam etdirir:

"Burada müalicə alırdı. Müalicələrin təsirindən immuniteti aşağı düşmüşdü, immunitet zəifliyi var idi. Ona görə də həkimlərin məsləhəti ilə Türkiyəyə getdi. Hazırda orada müalicəsi davam etdirilir. Həkimlər hələ ki, telefondan istifadəyə icazə vermirlər. Amma yanında qalan var, onun vasitəsilə məlumatlar alırıq. Demək olar ki, vəziyyəti stabildir".

Xatırladaq ki, Xalq artisti Rasim Balayev uzun müddətdir şəkərli diabet və qan təzyiqi xəstəliyindən əziyyət çəkir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026