• Bakı C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Superliqanın ən məhsuldar transferləri bəlli oldu

İDMAN

25 Fevral 2026 | 23:53

Superliqanın ən məhsuldar transferləri bəlli oldu

Türkiyə Superliqasında cari mövsümün yeni transferləri arasında ən məhsuldar oyunçular bəlli olub. 

Bakıvaxtı.az xəbər verir ki, "Trabzonspor"un hücumçusu Pol Onuaçu həm vurduğu qol sayı, həm də məhsuldarlığı ilə birinci sıraya yüksəlib.

Nigeriyalı forvardın stabil çıxışı klubun hücum xəttinə birbaşa təsir edib. Mövsümün əvvəlində komandaya qoşulan Onuaçu liqada keçirdiyi 20 matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Siyahıda digər yeni transferlər də effektivliyi ilə seçilir:

  • Eldor Şomurodov ("Başakşehir") - 23 matç/16 qol/4 məhsuldar ötürmə
  • Marko Asensio: ("Fənərbaxça") - 19 matç/11 qol/8 məhsuldar ötürmə
  • Ernest Muçi: ("Trabzonspor") - 20 matç/10 qol/3 məhsuldar ötürmə
  • Məhəmməd Bayo: ("Qaziantep") - 18 matç/10 qol/1 məhsuldar ötürmə
  • Felipe Auqusto: ("Trabzonspor") - 22 matç/10 qol
  • Viktor Osimhen ("Qalatasaray") - 16 matç/9 qol/3 məhsuldar ötürmə
  • Orkun Kökçü ("Beşiktaş") - 20 matç/4 qol/7 məhsuldar ötürmə

SON XƏBƏRLƏR

25 Fevral 2026