• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Qrenlandiyanın hara məxsus olduğunu bilmədi - VİDEO

DÜNYA

25 Fevral 2026 | 20:25

Qrenlandiyanın hara məxsus olduğunu bilmədi - VİDEO

BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok Qrenlandiyanı səhvən Avropa İttifaqının bir hissəsi adlandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, Berbok Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədə bildirib:

"Əgər onlar lap əvvəldən amerikalılara "Dayan, Qrenlandiya da Aİ ərazisidir" deməsəydilər, əlbəttə ki, ABŞ-da bir çoxları bunu ciddiyə almazdılar. Davosda hətta aparıcı qlobal korporasiyaların yüksək vəzifəli şəxsləri məndən soruşdular: Qrenlandiya hazırda Avropa üçün niyə bu qədər vacibdir? Onlar Avropa bazarında fəaliyyət göstərdikləri üçün bunu bilməlidirlər".

Aparıcı Berbokun səhvini düzəldib və qeyd edib ki, Qrenlandiya Aİ ərazisi deyil.

 


SON XƏBƏRLƏR