• Bakı C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

15 yaşdan kiçiklər üçün sosial media QADAĞASI...

DÜNYA

27 Yanvar 2026 | 08:02

15 yaşdan kiçiklər üçün sosial media QADAĞASI...

Fransada 15 yaşdan kiçiklər üçün sosial mediadan istifadəni qadağan edən qanun layihəsi qəbul edilir.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən bildirir ki, məsələ Milli Assambleyada yekdilliklə dəstəklənib. Belə ki, parlament üzvləri “Makronist” deputat kimi tanınan Lor Miller tərəfindən təklif edilən qanun layihəsini  qəbul ediblər.

Yetkinlik yaşına çatmayanları sosial mediadan istifadənin yaratdığı risklərdən qorumaq üçün qanun layihəsi həmçinin orta məktəblərdə mobil telefonlardan istifadəni qadağan etməyi hədəfləyir. Yeni qanun layihəsinə münasibət bildirən L.Miller bildirib ki, məqsəd gənclərin zehni sağlamlığını qorumaqdır:

"Çünki sosial medianın getdikcə onların zehnini formalaşdırdığını başa düşürük".

Qeyd edəjk ki, qanun layihəsi artıq Senat tərəfindən nəzərdən keçirilməlidir və bu, yaxın həftələrdə baş verəcək. Rəqəmsal işlər naziri Anne Le Hénanff deyib ki, bu qanun layihəsi qəbul edilərsə, Fransa sosial mediaya çıxış üçün belə bir yaş məhdudiyyəti tətbiq edən ilk Avropa ölkəsi olacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Yanvar 2026