• Bakı C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Tramp hədələdi: Kanada məhsullarına 100% tarif...

DÜNYA

27 Yanvar 2026 | 07:55

Tramp hədələdi: Kanada məhsullarına 100% tarif...

ABŞ ilə Kanada arasındakı gərgin qonşuluq münasibətləri son günlərdə daha da pisləşib. Bu vəziyyət ticarət müharibəsinin daha da şiddətlənməsi qorxusunu artırıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Kanadanın Çinlə yaxınlaşmasını qətiyyətlə pisləyən Amerika prezidenti Donald Tramp iki ölkə arasında azad ticarət razılaşması əldə ediləcəyi təqdirdə Kanada məhsullarına 100% tarif tətbiq etməklə hədələyib.

Bu barədə Tramp sosial media platforması “Truth Social”da yazıb:

"Çin bir vaxtlar belə böyük bir ölkə olan Kanadanı tam nəzarətinə götürəcək. Təəssüf hissi ilə bildirirəm ki, bunu görmək çox kədərlidir. Kanada özünü sistematik şəkildə məhv edir. Çinlə bağlanan müqavilə onlar üçün fəlakətdir. Bu, tarixə istənilən sahədə ən pis müqavilələrdən biri kimi düşəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Yanvar 2026