ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya qarşı tarifləri artırıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, o, ticarət razılaşmalarına əməl olunmadığını bildirərək avtomobil, taxta, əczaçılıq və digər mallara tətbiq edilən tarifləri 15%-dən 25%-ə qaldıracağını açıqlayıb.
Tramp Cənubi Koreya parlamentinin ABŞ ilə bağlanmış razılaşmanı həyata keçirmədiyini iddia edib.
Prezident bu addımı ticarət tərəfdaşlarından da razılaşmalara uyğun davranma tələbini vurğulamaq üçün atdığını bildirib.
Əli Hüseynov
Bakı 



