“Ötən bazar günü, Göyçə şəhərindəki Müqəddəs Baş Mələklər Kilsəsində Paşinyanın iştirakı ilə liturgiya keçirilib. Ancaq bu zaman əvvəlkilərdən fərqli olaraq bütün ermənilərin katolikosunun adı çəkilməyib. Bu, Paşinyanın komandasını çaşqınlıq içində qoyub. Onlar heç nə başa düşmür: Paşinyan Kilsəyə və Patriarxa qarşı kampaniyadan əl çəkibmi, yoxsa “böyük müharibə”dən əvvəl fasilə verib seçicilərini itirmək istəmirmi?”
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Onlar inanmağa meyllidirlər ki, bu mərhələdə ən azı atəşkəs olacaq və parlament seçkilərinin nəticələrini gözləyəcəklər, bundan sonra isə əgər qalib gəlsələr, məsələ öz-özünə həll olunacaq və Patriarx könüllü olaraq postunu tərk edəcək.
Qəzet qeyd edir ki, bu mərhələdə kampaniyanı davam etdirmək onlara səs itkisinə səbəb ola bilər, ona görə də fasilə veriblər: “Parlament seçkilərindən əvvəl Kilsəyə qarşı kampaniya aparmaq yalnız onların nüfuzuna xələl gətirəcək”.
Zeynəb Rzayeva
Bakı 




