• Bakı 20° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Yermak təsdiqlədi - Axtarış aparılır - YENİLƏNİB

DÜNYA

28 Noyabr 2025 | 12:03

Yermak təsdiqlədi - Axtarış aparılır - YENİLƏNİB

Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak təhlükəsizlik qüvvələrinin onun evində axtarış aparıldığını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edib.

"Bu gün Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu mənim evimdə prosessual hərəkətlər icra edir. Müstəntiqlər üçün heç bir maneə yoxdur. Onlara mənzilə tam giriş imkanı verilib. Ərazidə olan vəkillərim hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədədir. Mən istintaqla tam əməkdaşlıq edirəm", - Yermak bildirib.

***

10:36

Ukrayna mətbuatında yayılan məlumatlara görə, bu gün səhər saatlarında hökumət məhəlləsində yerləşən Ukrayna Prezidentinin Ofis rəhbəri Andrey Yermakın ofisində axtarışlar aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" məlumat yayıb.

Qeyd edək ki, son günlər Ukraynada kütləvi rüşvətxorluq halları barədə ciddi müzakirələr aparılır və bir sıra hökumət nümayəndələrinin istefası tələb edilir. 


SON XƏBƏRLƏR