Özbəkistanda elektron siqaretlərin, veyplərin və nikotin tərkibli mayelərin dövriyyəsi tam şəkildə qadağan edilib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq qanun layihəsi ölkə parlamentində qəbul olunduqdan sonra Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanaraq qüvvəyə minib.
Yeni qanuna əsasən, elektron siqaretlərin istehsalı, idxalı, satışı, saxlanması və daşınması ölkə ərazisində tam şəkildə qadağan olunur.
Qaydaları pozan şəxslər haqqında həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.
Əli Hüseynov
Bakı 



