Rusiya prezidenti Vladimir Putin dekabrın 4-5-də Hindistanda dövlət səfərində olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumt yayıb.
Səfər Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə baş tutacaq.
"Səfər mühüm əhəmiyyət kəsb edir, Rusiya-Hindistan münasibətlərinin bütün gündəliyini əhatə edir. Xüsusi, imtiyazlı strateji tərəfdaşlığı siyasi, ticarət-iqtisadi, elmi, texnoloji, mədəni və humanitar sahələrdə hərtərəfli müzakirə etmək, habelə aktual beynəlxalq və regional məsələləri nəzərdən keçirmək imkanı verir", - deyə məlumatda qeyd olunub.
Zeynəb Rzayeva
Bakı 



