• Bakı 13° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

XİN: Çin Ukraynadakı nizamlanma ilə bağlı bütün tərəflərlə əlaqə saxlayır

DÜNYA

28 Noyabr 2025 | 13:46

XİN: Çin Ukraynadakı nizamlanma ilə bağlı bütün tərəflərlə əlaqə saxlayır

Çin Moskva və Kiyev də daxil olmaqla bütün tərəflərlə əlaqə saxlayır və mövcud böhranın həllində konstruktiv rol oynamağa davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə Ukrayna münaqişəsinin həlli ilə bağlı Çin-Rusiya təmaslarını şərh edərkən deyib.

"Mövcud böhran başlayandan bəri Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və məsuliyyətli dövlət kimi bütün maraqlı tərəflərlə, o cümlədən Rusiya və Ukrayna ilə əlaqə saxlayıb və siyasi nizamlanmanın asanlaşdırılmasında konstruktiv rol oynayıb", - o qeyd edib.

Diplomat həmçinin əlavə edib ki, Çin həmişə dialoq və danışıqları Ukraynadakı münaqişənin həllinin yeganə mümkün yolu hesab edib və sülhün bərqərar olmasına yönəlmiş istənilən səyləri dəstəkləyib. 


SON XƏBƏRLƏR

27 Noyabr 2025