ABŞ-nin İslandiyadakı yeni səfiri Billi Lonq artıq Skandinaviya ada dövlətinin narazılığına səbəb olub.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, Missuri ştatının keçmiş konqresmeni Nümayəndələr Palatasında çıxışı zamanı İslandiyanın ABŞ-nin 52-ci ştatı olacağını və özünün həmin “ştatın qubernatoru” kimi xidmət göstərəcəyini iddia edib.
Bu açıqlama İslandiya ictimaiyyətində ciddi narazılıq doğurub.
İslandiya Xarici İşlər Nazirliyi "Politico"ya açıqlamasında bildirib:
"Xarici İşlər Nazirliyi səsləndirilən fikirlərin mahiyyətini dəqiqləşdirmək üçün ABŞ-nin İslandiyadakı səfirliyi ilə əlaqə saxlayıb".
Aydın Baxış
Bakı 




