• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Rusiya indi hücum etsə, NATO bütün döyüşləri qazanacaq - Rutte

DÜNYA

15 Fevral 2026 | 14:38

Rusiya indi hücum etsə, NATO bütün döyüşləri qazanacaq - Rutte

Şimali Atlantika Alyansı (NATO) Rusiya ilə potensial hərbi toqquşmada tam üstünlüyə malikdir və istənilən döyüşdən qalib ayrılmaq gücündədir.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında bəyan edib.

Baş katib vurğulayıb ki, Rusiya ordusu Ukraynada "dəhşətli itkilərə" məruz qalır. Onun sözlərinə görə, təkcə son iki ay ərzində qarşı tərəfin itkiləri təxminən 65 min hərbçi təşkil edib.

Rutte KİV üçün təşkil olunan dəyirmi masada Alyansın gücünə diqqət çəkib:

"Əgər Rusiya bizə indi hücum etsə, biz hər bir döyüşü qazanacağıq. Biz əmin olmalıyıq ki, bu vəziyyət iki, dörd və ya altı ildən sonra da dəyişməyəcək. NATO Rusiyanın hücum cəhdlərinin qarşısını almaq üçün kifayət qədər güclüdür ".

Mark Rutte Rusiyanın cəbhədəki irəliləyişini "ilbiz"lə müqayisə edib. O, Moskvanın yaratmağa çalışdığı görüntünün reallığı əks etdirmədiyini bildirib:

"Rusiya istəyir ki, biz onu 'qüdrətli ayı' kimi qəbul edək. Lakin demək olar ki, o, Ukraynada 'ilbiz' sürəti ilə irəliləyir. Ona görə də gəlin Rusiya təbliğatına uymayaq".

Baş katib həmçinin Rusiya rəsmilərinin, xüsusilə xarici işlər naziri Sergey Lavrovun bəyanatlarına artıq əhəmiyyət vermədiyini etiraf edib. O bildirib ki, sülh səyləri fonunda Rusiya nazirinin nə dediyini dinləmək vacib deyil:

"Mən bir müddət əvvəl Rusiya tərəfindən danışan hər kəsi, xüsusən də Lavrovu dinləməyi dayandırdım. Onların hamısının nə dediyini izləmək çətindir. Lakin mən bilirəm ki, bu müharibəyə son qoymaq üçün ABŞ-nin rəhbərliyi, rusların və ukraynalıların iştirakı ilə sülh prosesi artıq başlayıb".

Rutte əlavə edib ki, bütün iştirakçılar tərəfindən qəbul edilən mütləq həqiqət var: Ukraynanın gələcək inkişafı üçün etibarlı təhlükəsizlik zəmanətləri vacibdir./Teleqraf 


SON XƏBƏRLƏR

14 Fevral 2026