• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Sumqayıtda kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir

CƏMİYYƏT

04 Aprel 2026 | 00:20

Sumqayıtda kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az Report-a istinadla məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən yataqxanada qeydə alınıb.

İlkin məlumata görə, qardaşlar aralarında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ona lazımi tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən C. Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Aprel 2026