Misir artıq Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərindən oğurladığı taxılı qəbul etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski misirli həmkarı Əbdülfəttah Sisi ilə telefon söhbətindən sonra bildirib.
“Prezident Misirin Rusiyanın işğal olunmuş ərazilərimizdən ixrac etdiyi taxılı artıq qəbul etməyəcəyini, eyni zamanda Ukraynadan taxıl idxalını artırmaqda maraqlı olduğunu açıqladı. Bu qərara görə təşəkkür edirəm”, - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, Misir ləyaqətli sülhə nail olmaq üçün səy göstərməyə hazırdır. Xüsusilə, xarici işlər nazirlərinin əlaqə saxlayacağı barədə razılığa gəlinib.
Bakı 




