q
  • Bakı 10° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Makron İraqın yeni baş naziri ilə DANIŞDI

DÜNYA

03 May 2026 | 21:14

Makron İraqın yeni baş naziri ilə DANIŞDI

Fransa Prezidenti Emmanuel Makron İraqın yeni baş naziri Əli əl-Zeydi ilə danışıb.

 

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə E.Makron bildirib. O qeyd edib ki, Əli əl-Zeydinin vəzifəsi xüsusilə mürəkkəb regional şəraitdə İraqın gələcəyi üçün həlledici olacaq: “Sabit, suveren və öz taleyinə nəzarət edən İraq həm Yaxın Şərqin, həm də Avropanın təhlükəsizliyi üçün vacibdir”.

Danışıq zamanı Fransa prezidenti 12 martda İraqda baş verən hücumu da xatırladıb. Makron istintaqın tezliklə tamamlanmasını istədiyini bildirib. Fransız tərəfi hücumu pro-iran silahlı qrupları ilə əlaqələndirir.

Qeyd edək ki, həmin hadisə zamanı fransız hərbçi Arnaud Frion həlak olub, bir neçə hərbçi isə yaralanıb.

Aydın


SON XƏBƏRLƏR