• Bakı 17° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

İranda inflyasiya 1942-ci ildən bəri ən yüksək həddə çatdı

DÜNYA

02 Iyun 2026 | 19:30

İranda inflyasiya 1942-ci ildən bəri ən yüksək həddə çatdı

İranda istehlak qiymətləri indeksi may ayında keçən ilin eyni ayı ilə müqayisədə 77,2%-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, BRİCS ölkələrinin mərkəzi bankının bu statistikasını “Associated Press” (AP) dərc edib.

Bu göstərici aprel ayı ilə müqayisədə 8,5% çox olub. Əczaçılıq məhsulları, taksi qiymətləri, tütün məmulatları, rabitə xidmətləri kimi gündəlik və ümumi istehlak malları seqmentində inflyasiya illik müqayisədə 113,8% artıb.

İranda inflyasiya yalnız 1942-ci ildə yüksək səviyyəyə çatıb. “Bamdad” İqtisadi Araşdırmalar İnstitutunun qeyd etdiyi kimi, hazırkı rəqəmlər İkinci Dünya Müharibəsindən bəri görünməmiş rəqəmlərdir.


SON XƏBƏRLƏR