• Bakı 25° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı

DÜNYA

02 Iyul 2026 | 17:48

Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı

Türkiyədə son bir ay ərzində dələduzluq və çirkli pulların yuyulmasına qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində yüzlərlə şübhəli saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Polis Baş İdarəsinin İctimai Asayiş Departamentinin yaydığı məlumata görə, ölkənin 23 vilayətində "Kvalifikasiyalı dələduzluq" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (pul yuyulması)" cinayətləri üzrə ümumilikdə 45 əməliyyat keçirilib.

Əməliyyatlar zamanı 307 şübhəli şəxs saxlanılıb. Araşdırmalar zamanı onların bank hesablarında ümumi dövriyyənin 5 milyard 388 milyon türk lirəsi təşkil etdiyi müəyyən edilib.

Rəsmi açıqlamada bildirilib ki, qanunsuz yollarla gəlir əldə etməyə çalışan cinayətkar şəbəkələrin və çirkli pulların leqallaşdırılması ilə məşğul olan qrupların ifşa edilməsi istiqamətində hüquq-mühafizə orqanlarının fəaliyyəti fasiləsiz davam etdirilir.

Qurum qeyd edib ki, bu istiqamətdə təhlükəsizlik qüvvələri və aidiyyəti dövlət strukturları ilə koordinasiyalı şəkildə mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR