• Bakı 25° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Estoniya hökuməti bu qadağanı təsdiqlədi

DÜNYA

02 Iyul 2026 | 17:39

Estoniya hökuməti bu qadağanı təsdiqlədi

Estoniya hökuməti Rusiya və Belarus vətəndaşları üçün yeni qanun layihəsi təsdiqləyib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, hökumət onların ölkədə daşınmaz əmlak (ev, mənzil və torpaq sahəsi) almasını qadağan edilib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq. Estoniya Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən bu təşəbbüs birbaşa milli təhlükəsizlik mülahizələri ilə əsaslandırılıb. Konstitusiyaya uyğunlaşdırılan yeni qanun layihəsi hökumətə daşınmaz əmlak alışı zamanı təhlükə yarada biləcək ölkələrin və hüquqi şəxslərin xüsusi siyahısını müəyyən etmək hüququ verir.

Qeyd olunur ki, yeni məhdudiyyətlər təkcə ev və mənzillərə deyil, həm də torpaq sahələrinə şamil ediləcək.

Lakin qadağa Estoniyada rəsmi yaşayış icazəsi olan Rusiya və Belarus vətəndaşlarına toxunmayacaq. Eyni zamanda, daşınmaz əmlakın icarəsi (kirayəsi) də yeni məhdudiyyətlərdən kənarda qalacaq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR