• Bakı 25° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Qarabağda döyüşən erməni polkovnik saxlanıldı

DÜNYA

02 Iyul 2026 | 18:10

Qarabağda döyüşən erməni polkovnik saxlanıldı

Qarabağdakı separatçı rejimin hərbi dəstələrində alayın komandirinin keçmiş müavini, polkovnik Edik Maloyan Ermənistanda saxlanılıb.

Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, onun Talin şəhərindəki (Ermənistanın Araqatsotn bölgəsi) evində axtarış aparılıb, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zabiti saxlayıblar.

İstintaq Komitəsi həbsi təsdiqləyib, lakin cinayət işinin motivlərini izah etməyib.

Maloyan 2020-ci ildə baş verən 44 günlük müharibədə iştirak edib. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR