• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hörmüz boğazını milliləşdirmək istəyirlər

DÜNYA

02 Iyun 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

Hörmüz boğazını milliləşdirmək istəyirlər

İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudarzi Tehranın Hörmüz boğazını “milliləşdirmək” niyyətini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda İranın İSNA xəbər agentliyi məlumat yayıb.

“Neftin milliləşdirilməsi o dönəmdə tarix tərəfindən bu qərarın əhəmiyyəti baxımından dəyərləndirilib. Bu gün biz Hörmüz boğazını milliləşdirmək istəyirik”, - Qudarzi deyib.

Nəşr bildirir ki, onun bu açıqlaması 1951-ci ildə baş nazir Məhəmməd Musaddiqin təşəbbüsü ilə İranın neft sənayesini milliləşdirdiyi hadisələrə işarə edir. O zaman ölkə hakimiyyəti neft-qaz sektoruna dövlət nəzarəti qurmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR