• Bakı 24° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Rusiyanın zəif nəqtəsi vurulur: Kreml çıxılmaz vəziyyətə düşür

DÜNYA

02 Iyul 2026 | 17:29

Rusiyanın zəif nəqtəsi vurulur: Kreml çıxılmaz vəziyyətə düşür

Ukrayna Rusiyada yerləşən çoxsaylı neft emalı zavodlarını hədəfə alıb. Məqsəd Kreml rejimini müharibə iqtisadiyyatını təmin edən gəlir mənbəyindən məhrum etməkdir.

Nəticədə, Rusiyada yanacaqdoldurma məntəqələrində yanacaq böhranı yaşanıb. Hətta 2014-cü ildə ilhaq edilən və hazırda fövqəladə vəziyyət elan edilən Krımda yanacaq satışı dayandırılıb.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bakıvaxtı.az-a deyib ki, Ukrayna həqiqətən də birmənalı olaraq Rusiyada srtateji obyektləri hədəf alır.

Ekspert vurğulayıb ki, Ukrayna ardıcıl şəkildə Rusiyada neft emalı zavodlarını və hərbi sənaye kompleksinə aid obyektləri vurur:

“Çünki Ukrayna Rusiyanın xarakterini yaxşı bilir. Kiyev fərqindədir ki, Rusiyada insan təlafatı hökumətin ciddi reaksiyasına səbəb olmur. Hücumlar Rusiya cəmiyyətinə çox ciddi təsir göstərir. İnsanlarda yoruculuq və bezdiricilik yaranıb. 2025-ci ilədən Rusiya ictimaiyyətində “müharibə bizim qələbəmizlə bitməlidir” düşünürdülər. Artıq bu söhbətləri edən yoxdur. Sorğularda iştirak edənlərin 60 faizdən çoxu deyir ki, müharibə dayanmalıdır. Çünki bu müharibə artıq Rusiyanın bütün vətəndaşlarına təsirini göstərir”.

İlham İsmayıl: Ukrayna Krımdakı yeganə salamat körpünü də vrsa, Krım yarımada yox, ada olacaq

Ukraynanın Tumendəki neft emalı zavodunu da vurduğunu xatırladan müsahibimiz qeyd edib ki, ona görə də rusların narazılığı getdikcə artır. Onun sözlərinə görə, hələ Rusiya iqtisadiyyatındakı böhranlı vəziyyətdən danışmıram. ABŞ və İran arasında yumşalma olandan, Hörmüz boğazı açılandan sonra neftin qiymətinin aşağı düşməsi nəticəsində Rusiyanın gəlirləri daha da azaldı.

Analitik əlavə edib ki, Rusiyada ötən gün keçirilən təhlükəsizlik şurasının iclasını prezident Vladimir Putin onlayn formada bunkerdən idarə edib:

“Putin çıxışında dedi ki, ilk məsələ daxili təhlükəsizlikdir. Moskva ətrafında neft emalı zavodlarının ard-arda vurulması hökumət və əhali arasında ciddi təşvişə səbəb oldu. Ruslar Krımı kütləvi tərk etməyə başlayıb, uzun növbələr yaranıb. Sabah Ukrayna Krımdakı yeganə salamat körpünü də vursa, Krım yarımada yox, ada olacaq. Yəni Rusiya iqtisadi, siyasi və hərbi cəhətdən demək olar ki, deqradasiya vəziyyətinə çatıb”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR