ABŞ yaxın vaxtlarda İranla münaqişənin tənzimlənməsinə dair razılaşmanın bağlanacağına ümid edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsində bildirib.
Onun sözlərinə görə, o, ABŞ və İran arasında sazişin bağlanmasına zəmanət verə bilməz, lakin onun yekunlaşdırılması üçün perspektivlər görür.
"Bunlar (danışıqlar - red.) yekun nəticədə sövdələşmənin bağlana biləcəyinə zəmanət vermir. ABŞ razılaşmanın bağlanmasına ümid edir və razılaşmanın "bu gün, sabah və ya növbəti həftə" əldə oluna biləcəyi perspektivini görür", - Rubio deyib.
Bakı 




