• Bakı 26° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tramp Kubanı hədələdi: “Hərbi müdaxilə…”

DÜNYA

03 May 2026 | 23:21

Tramp Kubanı hədələdi: “Hərbi müdaxilə…”

ABŞ Prezidenti Donald Trump Kubaya qarşı hərbi müdaxilə ehtimalını gündəmə gətirib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, rəsmi Havana (Kubanın paytaxtı) vəziyyətin təhlükəli və misli görünməmiş səviyyəyə çatdığını bəyan edib.

Məlumata görə, Vaşinqton Kubaya qarşı təzyiqləri artırır və bu siyasət həm iqtisadi, həm də hərbi variantları əhatə edir. ABŞ tərəfi eyni zamanda Kubaya dəstək verən ölkələrə qarşı da tədbirlər görmək niyyətində olduğunu bildirib.

Kuba hakimiyyəti isə xəbərdarlıq edib ki, mümkün hərbi müdaxilə regionda ciddi gərginliyə səbəb ola bilər. Rəsmi şəxslər beynəlxalq ictimaiyyəti yaranmış vəziyyətə diqqət yetirməyə çağırıb.

Ekspertlərin fikrincə, mövcud şəraitdə ABŞ-nin qarşısında ya hərbi əməliyyat yolu, ya da diplomatik razılaşma variantı dayanır. Bu vəziyyətin regionun təhlükəsizlik balansına təsir göstərə biləcəyi vurğulanır.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026