• Bakı 18° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Erməni iş adamları ilə Türkiyədə görüş keçirildi

DÜNYA

02 Iyun 2026 | 23:13

Erməni iş adamları ilə Türkiyədə görüş keçirildi

Ermənistan və Türkiyə iş adamları Qars şəhərində görüş keçirib.

Bakıvaxtı.az erməni mediasına istinadla xəbər verir ki, görüşdə nəqliyyat, logistika, turizm və ticarət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş Qars Ticarət və Sənaye Palatasının (KATSO) təşəbbüsü, eləcə də Ermənistan və Türkiyə xarici işlər nazirliklərinin və Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin (TOBB) dəstəyi ilə baş tutub.

Ticarət və Sənaye Palatasının prezidenti Qadir Bozan nəqliyyat və logistika infrastrukturunun inkişafının regionun iqtisadi gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, keçirilən hər bir görüşün yeni investisiyalara və dostluq əlaqələrinin formalaşmasına səbəb olacağına ümid etdiyini bildirib.

Türkiyəli və erməni iş adamları həmçinin qida sənayesi, tekstil, tikinti, turizm və texnologiya sektorları ilə bağlı məsələlər üzrə qapalı görüşlər keçiriblər.


SON XƏBƏRLƏR

02 Iyun 2026