• Bakı 24° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

İran dəfndən əvvəl ABŞ və İsrailə xəbərdarlıq etdi

DÜNYA

02 Iyul 2026 | 20:11

İran dəfndən əvvəl ABŞ və İsrailə xəbərdarlıq etdi

Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının komandanı Əli Abdullahi ABŞ və İsraili İranın mərhum ali rəhbəri Əli Xameneinin dəfn mərasimi zamanı İslam Respublikasına qarşı hər hansı hərbi addımdan çəkinməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, İranın dövlət televiziyasının yaydığı məlumata görə, Abdullahi bildirib:

"Bu möhtəşəm və ibrətamiz günlərdə İranın düşmənlərini, ilk növbədə ABŞ-ni, sionist rejimi və onların regional və regiondankənar müttəfiqlərini hər hansı səhv hərəkətlərdən çəkinməyə, habelə, İran Silahlı Qüvvələrinin vətənə qarşı istənilən təhdid və ya təcavüzə sərt cavab verməyə hazır olduğunu unutmamağa çağırırıq”.

O, ABŞ, İsrail və onların müttəfiqlərinə "səhv hesablamalardan çəkinməyi" tövsiyə edərək, İrana qarşı istənilən addımın "sərt cavab" ilə qarşılanacağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR