• Bakı 24° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Suriya ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək - Türkiyə XİN

DÜNYA

02 Iyul 2026 | 22:39

Suriya ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək - Türkiyə XİN

Biz qəti şəkildə əminik ki, Suriyada davamlı sabitlik və təhlükəsizliyin bərqərar olması və sosial tarazlığın təmin edilməsi istiqamətində irəliləyişi pozmaq cəhdlərinə ən yaxşı cavabı birlik və həmrəyliyi qoruyaraq xalq özü verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Dəməşqin Hicaz bölgəsində baş verən qanlı terror aktı ilə bağlı bəyanatında deyilir.

Türkiyə XİN qanlı cinayəti qətiyyətlə pisləyib, qurbanların doğmalarına və yaxınlarına, bütün Suriya xalqına başsağlığı verib.

“Türkiyə Suriya ilə həmrəylik nümayiş etdirməyə davam edəcək”, - deyə Ankara əmin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR