• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Konqoda Ebola qurbanlarının sayı artır 

DÜNYA

02 Iyul 2026 | 14:55

Konqoda Ebola qurbanlarının sayı artır 

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 438 nəfərə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ümumilikdə 1 406 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, onlardan da 73-ü son 24 saat ərzində aşkarlanıb. Xəstəlik səbəbindən baş verən ölüm hallarının göstəricisi isə 438 nəfərə çatıb.

"Tibbi yardımın göstərilməsi prosesi davam edir: 192 sağalma faktı qeydə alınıb, 609 xəstə isə təcrid olunmuş vəziyyətdə və ya stasionar müalicədə qalır", - deyə xəbərdə bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR