• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Küçədə tapdığı tablo məşhur rəssamın əsəri çıxdı

DÜNYA

02 Iyul 2026 | 23:15 | Müəllif: Subhan Mahmudov

Küçədə tapdığı tablo məşhur rəssamın əsəri çıxdı

İspaniyanın Sevilla şəhərində küçədə unudulan 150 min avroluq tablo süni intellekt sayəsində tapılıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, tablonu tapan 57 yaşlı Andres Hurtado onu atılmış əşya hesab edərək çərçivəsi üçün evinə aparıb.

Məlumata görə, o, süni intellektlə şəkli araşdırıb və əsərin məşhur ispan rəssamı Xoakin Sorolyaya məxsus orijinal tablo olduğunu öyrənib.

Daha sonra itirilmiş tablo ilə bağlı xəbərləri görən Hurtado əsəri polisə təhvil verib.

Tablo sahiblərinə qaytarılıb, ailə isə ona təşəkkür edərək mükafat verəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026