• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Paşinyanla heç bir razılaşmam yoxdur - Simonyan 

DÜNYA

02 Iyul 2026 | 16:58

Paşinyanla heç bir razılaşmam yoxdur - Simonyan 

“Hazırda mənimlə Nikol Paşinyan arasında heç bir vəzifə müzakirəsi aparılmayıb və hər hansı məsələ ilə bağlı heç bir razılaşma yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iyulun 2-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin hazırkı çağırışının sədri Alen Simonyan gələcək siyasi karyerasına toxunarkən bildirib.

“Mən siyasətdə yalnız ‘Vətəndaş müqaviləsi’ partiyası çərçivəsində fəaliyyət göstərirəm və yalnız baş nazir Nikol Paşinyan ilə əməkdaşlıq məntiqi əsasında siyasətdəyəm. Mən özümü Nikol Paşinyan olmadan heç bir siyasi prosesdə görmürəm”, – deyə Simonyan vurğulayıb.

Deputat mandatını götürməmək qərarının inciklik əlaməti olub-olmaması barədə suala cavabında Simonyan bunu təkzib edib:

“Mənim artıq keçdiyim siyasi yol var. Mən həm Yerevan Ağsaqqallar Şurasının üzvü olmuşam, həm deputat olmuşam və deputat institutunu çox yüksək qiymətləndirirəm. Bunun inciklik ifadəsi olduğunu düşünmürəm. Bu, mənim şəxsi qərarımdır”.

“Vətəndaş müqaviləsi” komandasının onunla bağlı niyə belə qərar qəbul etdiyi barədə suala isə o belə cavab verib:

“İdarə Heyətinin üzvləri partiyanın ali orqanının səlahiyyətli nümayəndələridir, yüksək vəzifələr tuturlar və müəyyən siyasi yol keçiblər. Onların qərarı hazırda məhz belədir. Buna görə hesab edirəm ki, bu mövzuda müzakirəyə girmək düzgün deyil”.

“Vətəndaş Müqaviləsi” partiyasından ayrılmaq ehtimalına gəlincə isə Simonyan bildirib:

“Mən bu partiyanın yaradıcılarından biriyəm. Mən siyasi prosesin bir hissəsiyəm və bundan sonra da siyasi prosesin bir hissəsi olaraq qalacağam. Dostlarımın yanında olacağam, nə qədər ki, xidmət edə bilirəm, nə qədər ki, onlar mənə ehtiyac duyurlar. Əgər hər hansı variant və ya təklif olarsa, onu nəzərdən keçirəcəyəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR