• Bakı 24° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Suriya "Hizbullah"la təmaslara hazırdır

DÜNYA

02 Iyul 2026 | 14:50

Suriya Hizbullahla təmaslara hazırdır

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əl-Şeybani Beyrutda Livan parlamentinin sədri Nəbih Berri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən nazir danışıqların iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün səmərəli olduğunu qeyd edib.

Ə.əl-Şeybani cari səfəri zamanı "Hizbullah" təşkilatının nümayəndələri ilə görüşün nəzərdə tutulmadığını diqqətə çatdırıb. Bununla belə, o, tərəflərin maraqlarına uyğun olduğu təqdirdə, qurumla dialoqa hazır olduqlarını vurğulayıb:

"Hizbullah" məsələsini müzakirə etmədik və bu səfər çərçivəsində onlarla görüş planlaşdırılmır. Lakin ümumi fayda gətirəcəyi halda, belə təmaslara açıq olduğumuzu bəyan edirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR