• Bakı 24° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Azərbaycanda qeydiyyatda olan daun sindromlu şəxslərin sayı azalıb

CƏMİYYƏT

02 Iyul 2026 | 17:34

Azərbaycanda qeydiyyatda olan daun sindromlu şəxslərin sayı azalıb

Azərbaycanda 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 1122 (2024-cü ildə 1259) olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 624-ü kişi (553), 498-i qadındır (706). 703 nəfəri 0-13 yaş aralığında (861), 167-si 14-17 yaş (176), 252-si isə 18 və yuxarı yaşda (222) olan şəxslərdir.

Həmçinin ötən il 196 nəfərə ilk dəfə daun sindromu diaqnozu qoyulub. Onlardan 110-u kişi, 86-sı qadın olub. 162-si 0-13 yaş aralığında, 16-sı 14-17 yaş, 18-si isə 18 və yuxarı yaşda olan şəxslərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR