Xəbər verdiyimiz kimi, bu gün tiktoker İlduzə Hacıyevaya (Arzum) hökm oxunub.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib.
Hökmdən sonra Arzumun atası Elmar Hacıyev məhkəmə binası önündə aqressiv fikirlər səsləndirib. O, hətta qəzada həlak olan və xəsarət alan şəxslərin yaxınlarını təhqir etməkdən belə çəkinməyib.
Tiktokerin atasının zərərçəkmiş tərəfə qarğış dolu sözləri sosial şəbəkələrdə qınaq doğurub. Bu məqamda onun daha əvvəl də sosial şəbəkə üzərindən zərərçəkmiş şəxslərin ünvanına nalayiq fikirlər səsləndirdiyi xatırladılıb. Bundan əlavə, Arzumun digər yaxınları da qəzada ölən şəxs haqda “narkoman idi”, “həbs edilmişdi” kimi sözlər işlədiblər.
Bu məsələlər isə hazırkı məhkəməyə aid olmadığı üçün gələcəkdə böhtan kimi qiymətləndirilə bilər.
Həmin videonu təqdim edirik:
Bakı 



