• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Paşinyan: İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək

DÜNYA

02 Iyul 2026 | 13:39

Paşinyan: İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2013-cü ildə olduğu kimi, Avropa İttifaqı ilə yaxınlaşma prosesindən imtina edərək Avrasiya İqtisadi İttifaqına inteqrasiya kursunu seçməsinin mümkün olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bunu jurnalistin sualını cavablandırarkən deyib.

“2013-cü ildə Ermənistanın bir-iki gecə ərzində Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanması üzrə artıq razılaşdırılmış prosesdən imtina edərək Avrasiya İqtisadi İttifaqı və ya Gömrük İttifaqı istiqamətində hərəkət etmək qərarı verdiyi vəziyyətin təkrarlanmasını istisna edib-etmədiyim sualına qısa və konkret cavab verirəm: bəli, bunu istisna edirəm. Bu, mümkün deyil. Xüsusilə də indi, Ermənistan xalqı respublikanın həyata keçirdiyi siyasətə, o cümlədən balanslaşdırılmış xarici siyasət kursuna dəstəyini açıq şəkildə ifadə edib”, – o qeyd edib.

Paşinyan vurğulayıb ki, Ermənistanın Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyəti yoxdur.

“Daha əvvəl də bəyan etdiyimiz kimi, biz heç vaxt Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə böhran yaratmaq məqsədi güdməmişik, indi də güdmürük və gələcəkdə də güdməyəcəyik. Biz ölkəmizin maraqları çərçivəsində hərəkət edirik və beynəlxalq tərəfdaşlarımızın heç birinin maraqlarını nəzərdən qaçırmırıq. Lakin eyni zamanda heç bir tərəfdaşın maraqları Ermənistan Respublikasının maraqlarından üstün tutula bilməz. Düşünürəm ki, bu, istənilən ölkə üçün məntiqli yanaşmadır”, – Baş nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026