“Azərbaycan torpaqlarını işğaldan azad edib, iqtisadiyyatı inkişaf edib. Ölkəmiz beynəlxalq təhlükəsizliyə töhfə verərək İraq, Kosovo və digər ölkələrdə sülhməramlı fəaliyyət həyata keçirib".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib. O, vurğulayıb ki, təqdimatı keçirilən hesabat akademik əhəmiyyətə malikdir:
“Azərbaycan diplomatiyası müstəqilliyini əldə etdiyi 30 il ərzində uğurlu və fəal iş aparıb: Əsas məsələ isə müdafiə və təhlükəsizlikdir. Bu gün təqdimatı keçirilən hesabat ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə oluna bilər”.
Bakı 



