• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Pakistanda turist gəmisi aşdı: 7 ölü

DÜNYA

02 Iyul 2026 | 11:23

Pakistanda turist gəmisi aşdı: 7 ölü

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində, Saifullah gölündə turist qayığının aşması nəticəsində 7 nəfər ölüb, daha 1 nəfər itkin düşüb. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, ekskursiyaya çıxan bir ailənin 8 üzvünü daşıyan qayıq Svat rayonunun Kalam ərazisində aşıb.

Hadisə nəticəsində 7 qurbanın cəsədi sudan çıxarılıb. 

Xilasetmə qrupları, polis əməkdaşları və yerli könüllülər itkin düşmüş şəxsin axtarışını davam etdiriblər. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026