• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Elnur Qocayev: Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

SİYASƏT

02 Iyul 2026 | 12:18

Elnur Qocayev: Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Region və şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi Elnur Qocayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və nazirliyin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində deyib.

E.Qocayevin sözlərinə görə, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri zamanla gücləndirilib:

"Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində islahatların aparılması nəticəsində Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Eyni zamanda, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri qurulub və zamanla gücləndirilib".

O bildirib ki, Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin hazırlığı yüksək seçim meyarlarına əsaslanır: 

"Burada, həmçinin kompleks təlim fəaliyyəti və beynəlxalq təcrübənin mənimsənilməsi əsasında formalaşmış sistemli yanaşma da mövcuddur. Bu sistem şəxsi heyətin yalnız döyüş hazırlığının effektivliyini deyil, eyni zamanda, çoxmillətli mühitlərdə fəaliyyət qabiliyyəti və NATO qüvvələri ilə uyarlığını təmin edib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026