• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

"Qarabağ" daha bir yoxlama oyununda uduzub

İDMAN

01 Iyul 2026 | 21:46

Qarabağ daha bir yoxlama oyununda uduzub

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Macarıstanın "Ferenstvaroş" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.

Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın "Xarkov" kollektivinə 2:6 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR