ABŞ prezidenti Donald Trampın 2025-ci ilə qədərki xalis sərvəti Amerika liderləri üçün görünməmiş həddə çatıb.
Bakıvaxtı.az "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, əvvəlki ABŞ prezidentlərindən heç biri vəzifədə olduğu müddətdə Donald Tramp qədər gəlir əldə etməyib.
Nəşrin yazdığına görə, Prezidentin gəliri ötən il kriptovalyuta və əlaqəli layihələrə qoyulan investisiyalar hesabına 2,2 milyard dollardan çox artıb.Halbuki prezident kimi ikinci müddətinə başlamazdan əvvəl 2019-cu ildə ən azı 440 milyon dollar, 2024-cü ildə isə təxminən 600 milyon dollar qazanıb. Bu, Donald Trampın 30 iyunda Hökumət Etikası Ofisi tərəfindən dərc edilən maliyyə açıqlamasında yer alıb.
ABŞ prezidenti 2025-ci ildə təxminən 2,2 milyard dollar gəlir əldə edib, o cümlədən 1 milyard dollardan çoxu kriptovalyuta əməliyyatlarından əldə edilib. O, xüsusilə oğulları Erik Tramp və Donald Trampın rəhbər vəzifələrdə çalışdığı "World Liberty Financial" tərəfindən kriptovalyuta satışından təxminən 500 milyon dollar qazanıb.
Gülşən Şərif
Bakı 



