• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Dünya Bankı Özbəkistana 105 milyon dollar ayıracaq

DÜNYA

02 Iyul 2026 | 11:29

Dünya Bankı Özbəkistana 105 milyon dollar ayıracaq

Dünya Bankının İcraçı Direktorlar Şurası Özbəkistanın ibtidai təhsil islahatı proqramının həyata keçirilməsinə yönəlmiş 105 milyon dollarlıq maliyyə dəstəyi paketini təsdiqləyib.

 Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı bankın ofisi məlumat yayıb.

Məlumata görə, maliyyə paketinə Beynəlxalq İnkişaf Assosiasiyasından 100 milyon dollarlıq güzəştli kredit və Beynəlxalq Təhsil Maliyyə Fondundan 5 milyon dollarlıq qrant daxildir.

Dünya Bankının Mərkəzi Asiya üzrə regional direktoru Naci Benhasin Özbəkistanda insan kapitalının gücləndirilməsi və uzunmüddətli sosial-iqtisadi inkişafın əsasını təşkil edən tələbələrin əsas bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:

"Özbəkistanda məktəblilərin sayı 7,6 milyonu keçib. Artan tələbatı ödəmək üçün ölkənin hər il təxminən 300 yeni məktəb tikməsi lazımdır. 2030-cu ilə qədər davam edəcək proqram təxminən 50 000 müəllim və məktəb direktorunun ixtisasını artırmağı və ibtidai məktəblərdə əlavə 27 000 şagird yeri yaratmağı planlaşdırır". 

Layihənin birinci-dördüncü siniflərdə oxuyan təxminən 2 milyon şagirdə fayda verəcəyi gözlənilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026